Paytaxtın Nizami rayonu Q.Qarayev pr. 25, m 6 ünvanında yerləşən ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

“Nərmin” marketdə keçirilən plandankənar yoxlama zamanı istifadə müddəti bitmiş xörək duzu, müxtəlif növ süd məhsulları (qatıq, dovğa, mayonez), günəbaxan tumu məhsulu aşkar edilərək müsadirə edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb.