Paytaxtın Nizami rayonunda qadın narkotacir saxlanılıb. Bu haqda bu gün, 1 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qara Qarayev prospektində narkotik alveri ilə məşğul olan Əsmər Kazımova saxlanılıb. Onun üzərindən 17 büküm marixuana aşkarlanıb.

Tutulan şəxs dindirilən zaman, o, narkotik maddələri Bəxtiyar Qasımlı və Elmir Ağamalılı adlı şəxslərdən aldığını bildirib. Qeyd olunan alverçilər saxlanılaraq onların üzərindən, eləcə də B.Qasımlının Suraxanı rayonunda yerləşən evindən 19 qutudan çox marixuana aşkar edilib.

Daha öncə, bu gün, 1 noyabr tarixində Biləsuvar rayonunda 3 nəfər paytaxt sakinlərindən 7 kiloqramdan çox heroin və psixotrop maddə aşkar olunaraq götürülüb.

Foto Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi
Foto Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi