Sosial şəbəkələrdə canlı şəkildə hərkəsin gözü önündə narkotik satan şəxslər barədə videogörüntülər yayılıb.

Hadisənin Yasamal rayonu ərazisi A.M. Şərifzadə 323 ünvanında baş verdiyi deyilir. “Günəş petrol”un arxasında yerləşən 52 nömrəli məktəbin yaxınlığında qeydə alınan görüntülərdə iki şəxsin açıq-aşkar narkotik satışını həyata keçirdiyi iddia olunur.

Məlumata əsasən, bu vəziyyət valideynlər və ərazidə yaşayan sakinləri ciddi şəkildə narahat edir.