Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Azərbaycan Gənclər Parlamenti” layihəsinə start verilir.

Gənclər Parlamentinin üzvlərinin seçimini Seçim komissiyası həyata keçirir.

18-25 yaş arası Azərbaycan Respublikasının vətəndaşı olan namizədlər 19 noyabr tarixinə qədər elektron qaydada müraciət edir və öz platformasını təqdim edir. Texniki meyarlara cavab verən gənclər intervyudan keçirilir.

Azərbaycan Gənclər Parlamentində 13 iqtisadi rayondan hər birindən 2 gənc olmaqla ümumi 26 gənc, paytaxt Bakı şəhərindən 4 gənc olmaqla ümumilikdə 30 nəfər gənci əhatə edəcəkdir. Üzvlərin səlahiyyət müddəti 2 ildir.

Seçimlər başa çatdıqdan sonra parlamentin hər 2 aydan bir Bakı şəhərində plenar iclası keçiriləcəkdir. Plenar iclaslar olmayan müddətə hər 2 həftədən bir onlayn sessiyalar təşkil olunacaqdır.

Üzvlər daimi olaraq təmsil etdiklər iqtisadi rayonların gəncləri ilə görüşüb müvafiq təbliğat işləri aparacaqlar.

Seçimlər zamanı inklüzivlik, gender bərabərliyi və müxtəlif sosial qrupların təmsilçiliyi prinsipləri nəzərə alınacaq.