Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Bu haqda Oxu.az xəbər verib.
İ.Hacıyev küçəsində yerləşən avtoyuma məntəqəsindən 2150 manat dəyərində olan bilərzik və 3 ədəd pişik oğurlanıb. Bu haqda məntəqədə çalışan Rəsul Məmmədzadə polisə şikayətində bildirib.
Hadisənin təfərrüatları araşdırılır.