Xətai rayonunda supermarketlərin birindən alınan şokoladın içərisindən qurd çıxıb. Bu haqda 4 noyabr tarixində Report xəbər verib.

Xətai rayon sakini Süleyman Vəzirov küçəsində yerləşən supermarketlərin birindən aldığı “Konfil Batonçik ASSO” adlı şokoladı yeyərkən onun içindən qurd çıxdığını deyib. O bildirib ki, tək dişlədiyi şokoladın içində yox, həmçinin digər şokoladlarda qurd çıxıb. Ən əsası isə, məhsulun üzərində istehsal və son istifadə tarixi olmamasıdır.

“Məhsulun ya saxlanma şəraiti uyğun olmayıb, ya da yararlılıq müddəti keçib. Bu iki səbəbdən biri onun qurdlanmasına yol açıb. Belə məhsul satan şəxslər 1500 manat cərimələnə bilər”- Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı açıqlama verib.