Bakı şəhər Statistika İdarəsi son doqquz ayda Bakıda yeni tikilmiş və istifadəyə verilmiş mühüm obyektlərin siyahısını açıqlayıb. Bu haqda 4 noyabr tarixində AZƏRTAC məlumat verib.

2021-ci ilin yanvar-sentyabr aylarında paytaxtda bir neçə inzibati bina inşa olunub:

  • 4 saylı DOST Mərkəzi
  • Baş Prokurorluğunun inzibati bina kompleksi
  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni inzibati binası
  • Suraxanı” tanker-muzeyi
  • Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası
  • Hərbi Qənimətlər Parkı
  • İqtisadiyyat Nazirliyinin yeni inzibati binası
  • 6 saylı Bakı “ASAN xidmət” mərkəzi
  • Xəzər rayonunda 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyası
  • Bakı Avropa Liseyi