Abşeronda əcnəbiləri qarət edən paytaxt sakini saxlanılıb. Bu haqda 4 noyabr tarixində Daxili İşlər Nazirliyi xəbər verib.

Mehdiabad qəsəbəsində taksi şirkətlərinin birində sürücü işləyən paytaxt sakini Fərid Əsgərov xarici ölkə vətəndaşına qarşı soyğunçuluq törədib. Məlum olub ki, müştərini maşına əyləşdirərək, yolda ondan iki ədəd “İphone” markalı telefonunu, pulunu, sənədlərini götürərək hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat-axtarış nəticısində dələduzluq edən sürücü saxlanılıb, onun üzərində oğurladığı əşyalar və metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma davam edir.