Azəriqaz İB bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 6 noyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.
8 və 9 noyabr tarixlərində Abşeron, Sabunçu rayonları və Mərdəkan qəsəbəsini əhatə edən müştəri xidmətləri şöbəsi saat 10:00-dan 14:00-a qədər sakinlərə xidmət göstərəcək.
“Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə xalqımızı təbrik edir və abonentlərimizdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.” – deyə qurumun mətbuat xidməti əlavə edib.