3 dekabr tarixində – Beynəlxalq əlilliyi olan şəxslər günündə “Kekalove Adaptive Fashion Show” adlı tədbir keçiriləcək. Dəb şousu Kekalove Adaptive tərəfindən əlilliyi olan modellərlə birgə keçiriləcək. Tədbir saat 19:00-da Hyatt Regency otelində baş tutacaq.
Əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatının sayca ikinci dəfə keçirilməsi nəzərdə tutulur.
Tədbirin məqsədi fiziki imkanları məhdud olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını – adaptiv geyimləri nümayiş etdirməkdir.
Biletlərin qiyməti bir nəfər üçün 50 manat təşkil edir. Biletləri onlayn və ya iTicket-in satış məntəqələrindən əldə edə bilərsiniz.
Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu dəb şousu startapın bu qəbildən sayca ikinci tədbiridir.