Bu gün, 11 noyabr tarixində futbol üzrə Azərbaycan və Lüksemburq milli komandaları arasında oyun keçiriləcək. Oyun gələn il baş tutacaq Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilir. Bu səbəbdən “Koroğlu” metro stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.

Bununla bağlı lazımi göstərişlər verilib: ehtiyat qatarlar da nəzərdə tutulub. Zərurət yaranarsa, bu qatarlar xəttə buraxılacaq.

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Oyunun hakimi avstriyalı Manuel Şüttenqruberdir.