Bakıda güclü külək qəbir daşlarının sınmasına səbəb olub. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Bu haqda 11 noyabr tarixində Oxu.az xəbər verib.
Rayonun Dədə Qorqud qəbiristanlığında iki şəhid məzarının başdaşı sınaraq yararsız vəziyyətə düşüb.
Məlum olub ki, aşan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonunda qeydiyyatda olmuş şəhidlərə aiddir.
İcra hakimiyyətlərindən verilən məlumata əsasən, hadisə güclü küləyin səbəbindən axşam saatlarında baş verdiyindən, əraziyə baxış keçirilib və şəhid ailələrinə bununla bağlı məlumat verilib.
Hazırda ərazidə aidiyyəti üzrə hər iki icra hakimiyyətinin əməkdaşları tərəfindən işlər gedir. Şəhidlərin məzar daşlarının yenisi ilə əvəzlənməsi üçün artıq yeni məzar daşları da sifariş verilib.