12 noyabr tarixində Bakıda “Müasir Gənclik” adlı ödənişsiz təlim keçiriləcək.
Təlimçi qismində bu sahədə uğur qazanmış respublikanın Əməkdar artisti və Dövlət Pantomima teatrının aktyoru Elman Rəfiyevdir.
Təlim onlayn şəkildə Zoom platforması üzərindən saat 20:00-da baş tutacaq.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.