Qələbəyə həsr olunan “Zəfər Dadı” adlı kulinariya festivalı 14 noyar tarixində Bakıdakı Sahil Bağında baş tutub. Bu haqda Real TV reportaj hazırlayıb.
Bayram əhval ruhiyyəli festivalda 50 həvəskar aşbazın iştirakı ilə qələbəni, işğaldan azad olunmuş torpaqları sinvolizə edən müxtəlif təmların yarışı keçirilib. Kompozisiyalar arasında Şuşa qalası, Dəmir yumruq, müharibə zamanı prezident İlham Əliyevin müsahibələrinsə işlətdiyi ifadələri əks etdirən şirniyyatlar, milli mətbəx nümunələrinə rast gəlmək olurdu.
Ən maraqlı yeməklər arasından qazilərin iştirakı ilə seçilib. Festival konsert programı ilə davam etdirilib. Həmçinin, tədbirdə milli brendlərdən ibarət satış da təşkil olunub. Əsas proqramndan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
