Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantının intiharı ilə əlaqədər cinayət işi başlanıb. Bu haqda Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat verib.
17 noyabr saat 21:00 radələrində Akademiyanın 2-ci kursunda təhsil alan 18 yaşlı kursant Telman Nəbiyev özünü asaraq intihar edib.
Hadisənin səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.