Bakılı rejissorun çəkdiyi film 94-cü Oskar kino mükafatlarına qəbul edilib. Bu haqda APA xəbər verib.
Rejissor Rüfət Həsənovun “Daxildəki Ada” filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100.000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.