Bakıda daha bir məktəb distant təhsil formasına keçib. Paytaxtın Suraxanı rayonunda yeləşən 282 nömrəli tam orta məktəbi onlayn şəkildə fəaliyyətini davam etdirəcək. Bu haqda Report 18 noyabr tarixində xəbər verib.
Məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması səbəbindən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.