Paytaxtın Xətai rayonu NZS qəsəbəsi Aşıq Qurban küçəsi 1 ünvanında avtomobildən oğurluq faktı qeydə alınıb. Bu haqda bu gün, 18 noyabr tarixində Xəzər Xəbər məlumat yayıb.
Nurlan Ramazanlının idarə etdiyi “Mitsubishi” markalı avtomobilin arxa şüşəsini sındıraraq içindən 630 manat pul və əşyaları götürüblər.
Hadisə yerinə çağırılmış polis əməkdaşları nəqliyyat vasitəsinə baxış keçirib, barmaq izlərini götürüblər.
Zərərçəkən qeyd edib ki, baş vermiş hadisə bu ərazidə ilk dəfə deyil:
“Bir nəfərin yatdığı yerdə su motorunu götürüblər, paltarları oğurlayırlar. Bir ay yoxdur, 2 maşın yarıblar. Digər məhlədə də 1 maşının içindən kolonka və maqnitofonu söküb aparmışdılar.”
Faktla bağlı araşdırma davam edir.