Bakıda dekabrın 17-də mərhum şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə turnir keçiriləcək. Bu haqda 19 noyabr tarixində Report xəbər verib.

Dekabrın 17-də  “Fairmont Baku” oteldə Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə turnirə start veriləcək. VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq və turnirdə 8 şahmatçı mübarizə aparacaq.

Turnir ilk dəfə 2014-cü ildə baş tutub və ardıcıl 6 il Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.