Bakıda, Pirşağı kəndində bir sıra kəndlərin tullantı sularının axıdılması üçün kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Kollektorlar xüsusi təmizləmə sistemi ilə təchiz olunacaq. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Kollektorların inşası iki istiqamətdə aparılır. Belə ki Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dəniz sahili boyu inşa olunur. Hazırda Pirşağı vağzalı yaxınlığında dəmiryolu, eləcə də magistral avtomobil yolu ilə kəsişməsində ümumi uzunluğu 2 km olan tunelin tikinti işləri gedir.

Tunel tikintisi xüsusi tunelqazan maşınları ilə həyata keçirilir. Bunun üçün kollektor marşrutunun 16 nöqtəsində müxtəlif dərinliklərdə qazılmış mədənlərdən istifadə olunur. Hazırda 400 metr uzunluğunda tunel tikilib, işlər bu ilin sonuna kimi başa çatdırılacaq.

Xəzər dənizinin ekologiyasını qorumaq üçün Pirşağı tullantı sutəmizləyici qurğusunda təmizlənmiş suyu dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metrlik xətt çəkilmişdir.

Pirşağıda tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının inşası başlanıb

Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından
Foto Azərsu ASC-nin rəsmi saytından Foto Azərsu ASC-nin rəsmi saytından Foto Azərsu ASC-nin rəsmi saytından Foto Azərsu ASC-nin rəsmi saytından Foto Azərsu ASC-nin rəsmi saytından Foto Azərsu ASC-nin rəsmi saytından