Noyabrın 20-də Milli Kitabxanada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb. Bu barədə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının rəsmi saytında məlumat verilib.
Milli Kitabxanada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərginin açılışı baş tutub. Açılışda Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli iştirak edib.
Qeyd edək ki, sərgidə təqdim edilən miniatürlər ilk dəfə nümayiş olunur.