28 noyabr saat 19:00-da Salaam Cinema Baku-da “Sadəcə Lorens” film nümayişi baş tutacaq. Sosial normalara zidd gedən iki üsyançının çətin səyahəti haqqında bəhs edən filmin xronometrajı 169 dəqiqədir.
Rejissoru Xavier Dolan olan bədii filmdə hadisələr 90-cı illərdə baş verir.
Nümayişə 16 yaşından yuxarı şəxslər buraxılacaq.
Bir nəfər üçün 3 manat təşkil edən biletləri filmin başlamasından öncə, məkandan əldə edə bilərsiniz.