Bakı şəhəri, Həzi Aslanov metro stansiyasının yaxınlığında Olimpiya və Paralimpiya Cüdo Klubu açılıb. Bu haqda Report bu gün, 23 noyabr tarixində məlumat verib.
Açılışda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.
Həmin zalda olimpiyaçı və paralimpiyaçı idmançılar məşq edə bilər. Qeyd olunub ki, qadınlardan ibarət paralimpiya komandası da burada məşqlər keçirəcək. Zalda peşəkar idmançılarla yanaşı, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.