18 dekabrda Bakıda Böyük Teatrının solistləri tamaşada iştirak edəcəklər. Bu haqda APA xəbər verib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq L. Minkusun “Don Kixot” baletində Rusiya Akademik Böyük Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Kristina Kretova (Kitri) və İqor Svirko (Bazil) iştirak edəcəklər.
Yerləşməsindən asılı olaraq bir nəfər üçün biletin qiyməti 22-33 manat arası dəyişir. Biletləri teatrın kassalarından və ya onlayn əldə edə bilərsiniz.
Hazırda Kretova və Svirko cütlüyü dünyada çox tanınmış və tələb olunan balet ulduzlarıdır.
Teatrımızın balet truppasının aparıcı solistləri – əməkdar artistlər Samir Səmədov, Cəmilə Kərimova, Elmira Süleymanova, solistlərdən Ayan Eyvazova, Teymur Oduşev və başqaları da tamaşada iştirak edəcəklər.
Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov idarə edəcək.