Binəqədi rayonu, inklüziv təhsil təşkil olunan 246 nömrəli məktəb-liseydə tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinq keçirilib. Monitorinqin əsas məqsədi məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi və şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir.

Monitorinqlər zamanı bir neçə məsələləri ilə bağlı müşahidələr aparılıb:

  • təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət
  • məktəb sənədləri ilə işin təşkili
  • infrastruktur və maddi-texniki təminat
  • dərs prosesinin düzgün qurulması

Monitorinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsin müdiri Mehriban Vəliyeva iştirak edib. O vurğulayıb ki, bu məktəbdə fiziki, psixoloji, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq uşaqlar bir yerdə təhsil alır.

Bakıda 5 məktəb üzrə 100-dən çox sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunub və 11 tam orta məktəbin nəzdində xüsusi siniflərin fəaliyyət göstərir.

Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı

Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı