Bu gün, 27 noyabr Əməkdar rəssam Namiq Dadaşovun doğum günüdür.
76 yaşlı heykəltaraş Bakıda Ə.Dəmirçizadəyə həsr olunmuş memorial lövhənin, General Ə.Şıxlinskinin büstünü və Prezident H.Əliyevin Neft daşlarındaki büst abidəsinin müəllifidir.
Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə, Fransa, İngiltərə, İtaliya, Avstriya kimi ölkələrdə nümayiş olunmuşdur.
Namiq Dadaşov Azərbaycan Rəssamlar İttifaqının üzvü. Hal-hazırda Azərbaycan Milli Konservatoriyası İncəsənət Gimnaziyasının müəllimidir.