Paytaxtın Sabunçu rayonunda “Bir ağac – min nəfəs” devizi altında vətəndaşlara ağac tingləri hədiyyə edilib. Bu haqda bu gün, 29 noyabr tarixində Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aksiyada ağac təhvil verildikdə vətəndaşlar ekokönüllülər tərəfindən tinglərin əkilməsi və onlara qulluq göstərilməsi barədə məlumatlandırılıb.
Paylanılan ağaclar Nazirliyin tinglik sahələrində yetişdirilib və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınıb.
Ekologiya Nazirliyi və “SOCAR PETROLEUM” QSC-nin birgə təşkilatçılığı ilə təşkil olunan aksiya Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdirilməyi planlaşdırılır.



