Hövsan qəsəbəsi qəbiristanlığından bir neçə məzarın sinə daşı və güldanları oğurlanıb. Bu haqda İctimaitv xəbər verib.
Arif Məmmədov ailəsi ilə babasının qəbrini ziyarətə gəlib və görüb ki, məzarın sinə daşı və 2 güldanı oğurlanıb. Ümumi ona 1800 manat ziyan dəyib. Həmin gün Bəxtiyar Abdullayevin qohumuna aid qəbrin sinə daşı oğurlanıb. Sakinlər bildirir ki, bu cür hallar burada nəzarətin olmamasına görə baş verir.
Polisin axtarış-əməliyyat tədbiridən sonra məlum olub ki, oğurluq edən qəbiristanlıqda məzar daşları düzəldən şəxsdir. O, dələduzluq edib, sonradan ucuz qiymətə oğurladıqlarını satıb.
Qeyd edək ki, oxşar hadisə 6 ay əvvəl baş vermişdir, lakin oğrular yaxalanmamışdır.