Azərbaycanda ilin idmançısı adına namizədlər açıqlanıb. Onlardan biri Bakı sakini MMA döyüşçü Nəriman Abbasovdur.
Ümumilikdə siyahısında 10 namizəd qeyd edilib. Bu titula iddialılar arasında Hacı Əliyev (sərbəst güləşçi, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı), İrina Kindzerska (cüdoçu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı), İrina Zaretska (karateçi, Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı), Rafael Ağayev (karateçi, Avropa çempionatının və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı) və s. kimi idmançılar da var.
Bu ilin sentyabr ayında Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşmışdır. Abbasov Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə rəqibi üzərində qələbə qazanmışdır. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir.