“Soyuq Əllər İsti Ürək” yarmarkasında əyləncə proqramı təxirə salınıb. Bu haqda “Nargis” fondu instagram səhifəsində məlumat yayıb.
DSX-nə məxsus helikopter qəzasında 14 nəfərin həlak olması ilə əlaqədar açılış mərasimində nəzərdə tutulmuş konsert, musiqi və uşaqlar üçün hazırlanmış əyləncə proqramları ləğv olunub.
“Həlak olan hərbi qulluqçuların ailələrinə baş sağlığı diləyirik! Başın sağ olsun, Vətən!” – deyə qurum əlavə edib.