9 dekabr tarixində Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsilli məzunlar üçün Karyera Sərgisi keçirilib. Bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat verib.

Sərgi əmək yarmarkası formatında təşkil olunub və tədbirə 400-dən çox vakansiya ilə 24 şirkət qatılıb. Tədbirin məqsədi peşə təhsilli gənclərin məşğulluğunun təminatı, onların ixtisası üzrə əmək bazarında iş tapması və işəgötürənlərin bu prosesə yaxından cəlb edilməsidir. Sərgidə məzunlara məşğulluq, iş imkanları təklif edilib.

Sonda isə peşə təhsil müəssisələrinin tələbə və məzunlarının əl işlərinə həsr olunmuş sərgi nümayiş olunub. Sərgi Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyin birgə əməkdaşlığı çərçivəsində keçirilib.

karyera

Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı
Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı
Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı
Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı Foto Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı