Paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda APA məlumat verib.

Qəsəbədə olan körpü ilə hərəkət edən iki “Mercedes” markalı avtomobillər qəza törədib. Avtomobillərə maddi ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.