Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin 10 illik yubileyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Bu haqda Report xəbər verib.

Tədbirdə “Ön söz-On söz” xronikal qrup sərgisi keçirilib. 10 il ərzində toplanan YARAT kolleksiyası və YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərlər ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş olunub.

YARAT-ın yubileyi münasibətilə audiovizual performansın nümayişi və İsfar Sarabskinin solo konserti baş tutub.

YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirir.