10 dekabrda Bakı Kitab Mərkəzində Nərminə Məmmədzadənin kitabının təqdimatı keçirilib. Bu haqda Bakı Kitab Mərkəzininin İnstagram səhifəsində məlumat paylaşılıb.
Müharibə qəhrəmanlarının taleyindən bəhs edən 56 ədəbi əsəri, o cümlədən “Müharibənin səsi” kitabı üç dildə – azərbaycan, rus və ingilis dillərində nəşr olunub.
Təqdimat şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə şəhidlərin yaxınları – kitabın qəhrəmanları, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Faiq Ağayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhid ailələri öz xatirələrini bölüşüb, övladlarının döyüş yolundan danışıb, bu inanılmaz əməyə görə yazıçıya təşəkkür ediblər. Bəziləri onların oğullarını ruhən ailələrinə qaytardığını söyləyib.
“Müharibənin səsi” kitabının hekayələri əsasında filmin ssenarisi də Səbinə Zülalova ilə birgə yazılıb. Filmin çəkiliş planlaşdırılır.
Sonda qonaqlara “Müharibənin səsi” kitabının nüsxələri təqdim olunub.
Bakıda Nərminə Məmmədzadənin “Müharibənin səsi” kitabının təqdimatı olub



