Paytaxtın Nizami rayonu, Babək prospekti 75 ünvanında yaşayan sakinlər bir neçə məsələ ilə bağlı şikayət edirlər. Bu haqda bu gün, 11 dekabr tarixində Real TV məlumat yayıb.

Qeyd olunan ərazinin mənzillərinə hələ də istilik verilməyib. Səbəb, ana xəttin istismar müddətinin bitməsi və boruların yararsız olmasıdır.

Bundan əlavə, binaların həyətində işıqlandırma yoxdur, yollar bərbat vəziyyətdədir. 2000-ci ildə inşa olunan park baxımsız haldadır. Parkdakı uşaq meydançasının yerinə isə kafe açılıb.

Həmçinin, məhəllələrdəki qurumuş ağaclar da sakinləri narahat edir.

Azəristiliktəchizat ASC məsələdən xəbərdar olduqlarını, bununla əlaqədar zəruri tədbirlərin görüldüyünü bildirir.

Nizami RİH ağaclarla bağlı Ekologiya Nazirliyinə müraciət edildiyini, həyətlərin yenidənqurması isə “Abad həyət” layihəsi çərçivəsində həyata keçiriləcəyini qeyd edib.