Bakıda daha 200 nəfər şəxsi biznesini qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində avadanlıq alıb. Bu haqda bu gün, 17 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat verib.
Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.
Verilən avadanlıq sayəsində onlar üçün istehsal və xidmət sahəsində kiçik müəssisələr yaradılıb. Əmlakla təmin olunanların mühüm hissəsini şəhid ailələrinin üzvləri və qazilər təşkil edir.
Namizədlər ilkin olaraq müxtəlif fəaliyyət sahələri üzrə təlim alır, təlimi uğurla başa vuranlar isə seçdikləri fərdi məşğulluq biznes planlarına uyğun avadanlıqlarla təmin olunurlar.
Bu il proqramda 16 min nəfərin iştirak edəcəyi gözlənilir.
Bakıda özünüməşğulluq proqramı çərçivəsində daha 200 nəfər kiçik biznes açıb











