Azərbaycanın şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 7-ci Beynəlxalq Superturniri bu gün, 18 dekabr tarixində başlayır. Bununla bağlı ev sahibliyi edəcək “Fairmont Baku” otelində xüsusi aksiya keçiriləcək. Bu haqda Report məlumat verib.

Həşimovun adı, şahmat fiqurları, yarışın loqosu və digər maraqlı məqamlar otelin binasında öz əksini tapacaq.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. O, 27 dəfə Azərbaycan bayrağını dünya və Avropa şahmat çempionatlarında yüksəkliklərdə dalğalandırmışdır. Həşimov illərlə beyin şişindən əziyyət çəkmişdir. 2014 ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmişdir.

Foto Report.az
Foto Report.az