Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı Bakıda, Heydər Əliyev saraynda baş tutub. Bu haqda Azərtac xəbər verib.
Təqdimatdan əvvəl Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edib.
Musiqi aşıq havalarından ibarət olan dastan-tamaşada ilk dəfə aktyorlar deyil, aşıqlar iştirak edib.
Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir “Nizami Gəncəvi İli” çərçivəsində keçirilib.