Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları xaricdə fahişəliyə cəlb etməkdə təqsirləndirilən S.Durmuşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Qafqazinfo bu gün, dekabrın 20-də xəbər verir.
Durmuşova 9 il müddətinə azadlıqdan məhrum edilib. Qadına qarşı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham irəli sürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Durmuşova azərbaycanlı qadınları xaricə apararaq orada cinsi istismara məruz qoyub. O, bir neçə qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə etdiyi şikayət əsasında saxlanılıb.