23 dekabr tarixində Bakıda “Sənədli filmdə təhiyə üsulları” adlı ustad dərsi keçiriləcək. Tədbir Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı tərəfindən Kino Məktəbində saat 18:00-da başlayacaq.

Master-klas çərçivəsində iki müəllif Eluned Zoe Aiano və Anna Benner real hadisələrə əsaslanan, bir neçə təhkiyə üsulunu özündə birləşdirən “Qara və Ağ” sənədli filmi müzakirə olunacaq.

Tədbir zamanı ilk öncə filmin nümayişi keçiriləcək, daha sonra müəllif onlayn olaraq iştirakçılarla filmin qurulmasını müzakirə edəcək.

“Qara və Ağ” filmi II Sevil film festivalında “Jurinin xüsusi mükafatına” layiq görülüb.

Tədbirə onlayn qoşulmaq istəyənlər “Zoom” platforması vasitəsilə iştirak edə bilərlər.