Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, bir sıra alim və mütəxəssislərin iştirakı ilə iclas keçirilib. Bu haqda APA bu gün, 20 dekabr tarixində məlumat verib.

İclasda qeyd olunub ki, bir müddətdir Bakının bəzi rayonlarında şam ağacları quruyur. Bu, dövlət qurumlarını və əhalini narahat edir. Müşavirənin əsas məqsədi bu ağacların kütləvi şəkildə qurumasının səbəblərini müəyyən etmək, ağac xəstəliyinin fəsadlarını aradan qaldırmaq, onunla mübarizə tədbirlərini müəyyən etmək və birgə tədbirlər görməkdən ibarətdir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, şam ağaclarının qurumasına səbəb göbələk xəstəliyi olur. Ekologiya Nazirliyi 3000-dən çox yoluxmuş ağacın kəsilməsinə qərar verib.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bildirdiblər ki, xəstəlikdən xilas olmağın yeganə yolu xəstə ağacların kəsilməsi, zərərsizləşdirilməsi və becərilməsidir.

İclasda ağacların kəsilməsi və bu prosesin sürətləndirilməsi qərara alınıb. Həmçinin Bakıda iynəyarpaqlı ağacların mühafizəsini müəyyən etmək üçün xaricdən ekspert dəvət olunması qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətində ağacların quruması probleminin həlli üçün müşavirə keçirilib

Foto Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Facebook səhifəsi
Foto Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Facebook səhifəsi
Foto Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Facebook səhifəsi Foto Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Facebook səhifəsi