Bakıda səhər saatlarında səmada görülən yanan naməlum obyekt barəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından açıqlama verilib. Bu haqda Trend xəbər verib.
Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov deyib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cisimləri mövcuddur. Onlar müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.
“Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdədir. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cisim bu tip cisimlərdəndir”, – deyə qurum rəsmisi bildirib.