Paytaxtın Nəsimi rayonu, Hədəf liseyinin Nəsimi filialında 29 dekabr tarixində xeyriyyə yarmarkası keçiriləcək.

“HəmÜrək” adlı tədbirdə şagirdlər əl işlərini və bişirdikləri şirniyyatları satışa çıxaradacaqlar. Bu işdə onlara valideyn və müəlimləri də kömək edəcəklər.

Bundan əlavə, uşaqların hazırladıqları səhnəcik, rəqs, mahnı ifaları və fləşmoblar təqdim olunacaq.

Əldə edilən maliyyə “Yaşat Fondu”, qocalar və körpələr evinə təqdim ediləcək.

Ünvan: Tbilisi prospekti 72 (Hədəf STEAM liseyi Nəsimi filialı)