Suraxanı rayonunda incəsənət nümayəndələrinin iştirakı ilə muğam gecəsi baş tutub. Bu haqda 25 dekabr tarixində Qafqazinfo.az xəbər verib.
Əmircan qəsəbəsi, Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Muğam gecəsi keçirilib. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Əlizaman İlknurun təqdimatı və “Xarı bülbül” muğam qrupunun müşayiəti ilə muğam səsləndirilib.
Tədbirin sonunda Suraxanı RİH-in başçısı Əziz Əzizov tədbir iştirakçılarına Fəxri Fərman təqdim edib.