Bakının Buta sarayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin uşaqları üçün Yeni il şənliyi keçirilib. Bu haqda bu gün, 30 dekabr tarixində Heydər Əliyev Fondunun rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Fondun əməkdaşları Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini çatdırıb, həmçinin paytaxt və Bakının rayonlarındakı uşaq evləri və internat məktəblərinin, eləcə də sosial xidmət müəssisələrinin uşaqlarına müxtəlif oyuncaqlar və şirniyyatlardan bayram hədiyyələri təqdim ediblər. Bayram tədbiri Şaxta baba və uşaqların sevimli nağıl qəhrəmanlarının iştirakı ilə keçirilib.
Heydər Əliyev Fondu Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları Yeni il ab-havası ilə sevindirib











