Ötən gün vəfat edən diplomat Ramiz Abutalıbov Bakıda, II Fəxri xiyabanda dəfn olunacaq. Bu haqda Oxu.az 2 yanvar tarixində xəbər verib.
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim olan R. Abutalıbovun nəşi sabah günorta saatlarında ölkəyə gətiriləcək.
Ramiz Abutalıbov 1937-ci ildə Gəncədə anadan olub. Müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.