Bu gün, 5 yanvar tarixində Bakı Nəqliyyat Agentliyi 2021-ci ildə yol infrastrukturu sahəsində gördüyü işlərlə bağlı hesabat yayıb.

Təqdim olunan məlumata əsasən, paytaxtda keçən il ərzində aşağıda qeyd olunan işlər görülüb:

  • 27 küçə və prospektdə 120-yə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib
  • 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu quraşdırılıb
  • Nizamlanan piyada keçidlərində 58 məntəqədə mövcud svetoforlara piyada seksiyası quraşdırılıb
  • 10 məntəqə svetofor səs siqnalı ilə təchiz edilib
  • 4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb
  • 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb
  • 19 taksi duracaq məntəqəsi təşkil edilib
  • Bilgəh qəsəbəsində, əsasən, istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu salınıb

Hal-hazırda şəhərin mərkəzində də 7,5 km-lik velosiped zolağı tikilir, yolun 2 km hissəsində örtük atrıq vurulub.

Həmçinin, hesabatda qeyd olunub ki, 6 il ərzində 70-ə yaxın küçə və prospektdə piyada səkiləri normativ tələblərə uyğunlaşdırılıb, əlçatanlıq səviyyəsi artırılıb, piyadaların rahat hərəkəti təmin edilib.