Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qadın və uşaq sığınacağında olub. Bu haqda 6 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xəbər verib.
Könüllülük prinsipi ilə aksiyaya qoşulan universitetin bir qrup yaradıcı tələbə Qadın və uşaq sığınacağında olub. Tələbələr “Günəşi oyandıraq” adlı komanda yaradaraq uşaqlara öyrədici dərslər keçib. Həmçinin könüllülər uşaqlara marağlı hekayələr danışıb, fərqli öyrədici oyunlar oynayıb və şəkillər, fiqurlar çəkiblər.
Sonda uşaqlarla birgə rəqs edən şən kloun onlara gözəl anlar bəxş edib.
Aksiyanın əsas məqsədi dərslər almağa şəraiti olmayan uşaqların daxili potensialını, istedadını üzə çıxarmaq, incəsənətə meyilli, istedadlı uşaqların gələcəkdəki sənət seçiminə təkan verməkdir.
İncəsənət Universitetinin tələbələri xeyriyyə aksiyası keçirdib



