Bakıda məktəb-lisey kompleksi tədrisə məsafədən davam edəcək. Bu haqda Oxu.az 6 yanvar tarixində xəbər verib.
Bakı Şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi COVID-19 infeksiyası səbəbi ilə məktəb-lisey fəaliyyətini distant formada davam etməsini məqsədəuyğun hesab edib.
Bakı Şəhəri Məktəb Lisey Kompleksində müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub.
Bundan əvvəl, noyabr ayında da təhsil ocağı əyani tədris prosesini müvəqqəti dayandırmışdır.