Ötən gün həyat yoldaşı və qayınanası tərəfindən şiddətə məruz qalan qadının məsələsi dövlət komitəsi tərəfindən nəzarətə götürülüb. Bu haqda Oxu.az 10 yanvar tarixində xəbər verib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, təmsil etdiyi qurum məsələ ilə bağlı araşdırmalara başlayıb.

O qeyd edib ki quruma heç bir müraciət daxil olmayıb. Bütün məlumatlar əldə edilib və qadının yaşadığı rayon icra hakimiyyəti və Daxili İşlər Nazirliyinə komitə tərəfindən rəsmi məktub ünvanlanıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, həyat yoldaşı və qayınanası tərəfindən dəfələrlə şiddətə məruz qalan qadın və iki uşağı haqqında məlumat paylaşıb.